Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 9-da saat 10:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinləri ilə görüşəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Hacıqabul rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA