Ukrayna birtərəfli qaydada MDB ölkələri ilə hüquqi məlumat mübadiləsi haqqında sazişdən çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkə hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

Qeyd olunur ki, saziş 1994-cü il oktyabrın 21-də Moskvada imzalanıb.

Melniçuk Telegram kanalında yazıb: “Bu, MDB-yə üzv dövlətlərlə, xüsusən də Rusiya və Belarusla hüquqi məlumat mübadiləsi sahəsində əməkdaşlıq üzrə öhdəliklərin dayandırılmasına gətirib çıxaracaq”.

Yanvarın sonunda MDB-nin baş katibi Sergey Lebedev Ukraynanın de-yure MDB-də qaldığını, lakin Birlik çərçivəsində bağlanmış sazişlərin təxminən 20%-dən çıxdığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA