Pekin Kaxovskaya su elektrik stansiyasının dağıdılması fonunda ciddi narahatlığını ifadə edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin hakimiyyəti yerli sakinlərin təhlükəsizliyinə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazır.

"Çin mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərməyə çağırır", - Venbin bildirib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirmişdi ki, Kaxovskaya SES-də baş verən partlayışda Rusiyanın özü günahkardır. O, sözlərini Moskvanın Ukraynaya qarşı münaqişəyə başlaması ilə əsaslandırıb.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələrinin Kaxovskaya SES ətrafında vəziyyətə reaksiyası tamamilə proqnozlaşdırıla bilər. Onun sözlərinə görə, onları “həqiqətən də olur, yoxsa təxəyyülün məhsuludur” - asılı olmayaraq, baş verən hər şeyə görə Rusiyanı günahlandırmaq istəyi ilə hərəkət edirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA