18 yaşına çatmamış cinayət törətməyə görə cəza çəkən şəxslərin məhkum sayılmaması təklif edilir.

Özbəkistanda deputatlar Cinayət Məcəlləsinə iki dəyişikliyi nəzərdən keçirirlər. Birinci təklif yetkinlik yaşına çatmayanlar üçün cəzanın minimum müddətinin 6 aydan 1 aya endirilməsidir. İkinci təklifə görə, cinayət törətdiyinə görə azyaşlı yaşda cəza çəkmiş şəxslər məhkum sayılmayacaqlar.

Özbəkistanın Cinayət Məcəlləsinə dəyişiklikləri Ali Məclisin Qanunvericilik Palatasının deputatları müzakirə edirlər.

Yerli KİV-in məlumatına görə, çərşənbə axşamı deputatlar yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin daha da liberallaşdırılması ilə əlaqədar ÖR CM-nin 77 və 85-ci maddələrinə dəyişiklik və əlavələr edilməsi haqqında qanun layihəsinə baxaraq birinci oxunuşda qəbul ediblər.

Hazırda ÖR CM-nin 85-ci maddəsi (azadlıqdan məhrum etmə) yetkinlik yaşına çatmayanlar üçün, əgər cinayət xüsusilə ağır deyilsə, 6 aydan 10 ilədək azadlıqdan məhrum etmə müddəti müəyyən edir.

77-ci maddəyə təklif edilən dəyişiklikdə nəzərdə tutulur ki, yetkinlik yaşına çatmayanda törətdiyi cinayətə görə cəza çəkmiş şəxs məhkum edilmiş hesab edilməyəcək.

İclasda qeyd edilib ki, bu, insana yetkinlik yaşına çatmamış törətdiyi cinayətə görə “məhkum” damğasından qurtulmağa, yeni həyata başlamağa imkan verəcək.

Dəyişiklik layihəsinin qəbul edilmiş qanun sayılması üçün ikinci və üçüncü oxunuşdan keçməlidir.

***

 Qeyd edək ki, Azərbaycanda 2022-ci il ərzində ə 36494 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2021-ci ilin göstəricisindən 17,2 faiz çoxdur.

Həmçinin ölkəmizdə ötən il ərzində 24432 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş, 19069 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. 

Onların arasında 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,8 faiz təşkil etmişdir. 

P.S. Özbəkistanda qəbul olunmaq üzrə olan Qanun doğrudan da 18 yaşınadək olan yeniyetmələr üçün xüsusi əhəmiyyətə malikdir: onlar "məhkum olunmuş" deyə damğalanıb xor görüldükləri cəmiyyətin tənəsindən qurtarar, azadlıqdakı həyat, gördükləri münasibət onları sıxmaz, cinayətdən uzaq olarlar və yenidən həbsxanaya dönmək həmin yeniyetmələr üçün heç də cəlbedici olmaz... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA