Son məlumatlara görə, Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılmasından sonra Xerson vilayətində su basan evlərin sayı 22 mini keçib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qeyd edib ki, 17 yaşayış məntəqəsində 22,3 minə yaxın yaşayış binası su altında qalıb. Eyni zamanda, Novaya Kaxovkada suyun səviyyəsi iki metr azalaraq on metrə düşüb.

Təcili yardım xidmətləri onu da qeyd edib ki, hazırda üç müvəqqəti yerləşdirmə mərkəzində 1,1 mindən çox insan, o cümlədən 110 uşaq və 35 hərəkət qabiliyyəti məhduddur.

İyunun 6-na keçən gecə Xerson vilayətində Kaxovskaya SES qismən dağılıb. Nəticədə, Kaxovka su anbarından nəzarətsiz su axıdılması baş verib. Hadisə terror aktı adlandırılıb və nəticələrinin öyrənilməsinin vacibliyi vurğulanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA