Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin gedişatına tam nəzarət edir, ABŞ prezidenti Co Bayden isə Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş texnikası ilə bağlı panikaya düşüb.

Tezadlar.az xəbər verir ki, bu fikri “Judging Freedom” YouTube kanalında təqaüdçü amerikalı kəşfiyyatçı Skott Ritter bildirib.

Ritter "Sallivana baxın. Blinkenə baxın. Baydenə baxın. Onlar panikaya düşürlər", - deyib.

"O (Putin - red.) rəhbərlik edir. O, aparıcı rol oynayır", - Ritter əlavə edib.

Bundan əvvəl Ritter bildirib ki, Putin ABŞ və NATO-ya təkcə hərbi sahədə deyil, həm də iqtisadiyyat və beynəlxalq münasibətlərdə strateji məğlubiyyət verir.

O, aydınlaşdırıb ki, ABŞ-ın məğlubiyyəti geosiyasət baxımından, NATO isə hərbi sahədədir, çünki Ukrayna münaqişəsindəki rus bölmələri Ukrayna Silahlı Qüvvələrinin alyansın mütəxəssisləri tərəfind təlim keçmiş qoşunlarını darmadağın edir.

Xatırladaq ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirmişdi ki, Rusiya Kiyevin mərkəzində istənilən binanı dağıtmağa qadirdir, lakin belə sərt hərəkətlərə ehtiyac olmadığı üçün bunu etmir. Dövlət başçısı dağıdılmış beş “Patriot” kompleksini də xatırladıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA