Amerikanın “Boom Supersonic” şirkəti Şimali Karolina ştatının Qrinsboro şəhərində ildə 33 təyyarə istehsal edəcək zavodun tikintisinə başlayıb. Hazırda ikiqat tutumlu ikinci istehsal xəttinin tikintisi davam edir.

Bu barədə Teleqraf qəzeti məlumat yayıb.

“Concorde” təyyarəsindən sonra ilk səsdən sürətli sərnişin təyyarəsinin yaradılması planları layihənin arxasında duran şirkət maşının dizaynı və istehsalı üçün əsas müqavilələr imzaladıqdan sonra əhəmiyyətli dərəcədə irəliləyib.

Şirkət 2027-ci ilə qədər “Concorde” tipli təyyarələri uçurmağı hədəfləyir. Artıq İtaliyanın aerokosmik nəhəngi “Leonardo” ilə yeni təyyarənin gövdəsinin bir hissəsinin istehsalı ilə bağlı razılıq əldə olunub. Boom Paris Aviasiya Sərgisində qanadları ispaniyalı Aernnova dizayn edəcək, həmyerlisi Aciturri isə quyruq üzərində işləməyə razılıq verib.

Boom Supersonic artıq United, American Airlines və Japan Airlines ilə sövdələşmələr də daxil olmaqla, təyyarələri üçün 130 sifariş və öhdəliyə malikdir. Boom Overture təyyarəsi 18 kilometr hündürlükdə Mach 1,7 və ya saatda təxminən 2080 kilometr sürətlə 65-80 sərnişin daşıyacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN