İsrail Müdafiə Qüvvələri (İMQ) girovlar azad edilənə qədər Qəzza zolağında atəşi dayandırmayacaq.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz bunu düşmənlərimizə və dostlarımıza deyirik”, - o, ölkənin hava qüvvələri bazalarından birində İsrail əsgərlərinə deyib.

Netanyahu həmçinin Fələstinin radikal HƏMAS hərəkatı məğlub olana qədər döyüşlərin davam edəcəyini “hamı anlayacağına” ümid etdiyini bildirib.

Bundan əvvəl İsrail sakinləri genişmiqyaslı etiraz aksiyası keçirərək, hakimiyyətdən hazırda HƏMAS-ın əsirliyində olan qohumlarını və dostlarını azad etməyi tələb ediblər. Mitinq yerində bütöv bir çadır şəhərciyi qurublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN