Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına endirdiyi zərbələrdən sonra İsrailin baş naziri Benyamin Netanyahunu həmsöhbət kimi qəbul etmədiyini bildirib.

Bunu Türkiyə lideri noyabrın 4-də jurnalistlərlə söhbəti zamanı deyib.

"Hazırda heç bir əlaqəm yoxdur. Milli Kəşfiyyat Təşkilatının rəhbərimiz İbrahim Kalın İsrail tərəfi ilə əlaqə saxlayır. Təbii ki, Fələstin və HƏMAS ilə də əlaqə saxlayır. Bunu deyəcəyəm: Netanyahu hər halda bizim üçün artıq həmsöhbət kimi qəbul edilə bilən şəxs deyil. Biz bunun üstündən xətt çəkmişik”, - “Hürriyet” qəzeti Türkiyə prezidentinin sözlərindən sitat gətirib.

Ərdoğan qeyd edib ki, Ankaranın əsas məqsədi Fələstin və İsrail arasında yekun sülhün bərqərar olmasıdır. Onun sözlərinə görə, Türkiyə bunun üçün müxtəlif təşəbbüslər irəli sürür, formullar hazırlayır və bundan sonra da edəcək. Bundan əlavə, sülh və atəşkəs istiqamətində hərəkatın bir hissəsi olaraq respublika hakimiyyəti bütün maraqlı tərəfləri konfransa toplamaq niyyətindədir, siyasətçi əlavə edib.

Ərdoğan daha əvvəl xalqa müraciətində demişdi ki, özlərini demokratiya və insan haqlarının beşiyi adlandıran ölkələr Qəzza zolağında baş verən qətliamı açıq şəkildə dəstəkləyirlər. Türkiyə liderinin sözlərinə görə, İsrail dövlət ağlını itirib və ən qısa zamanda dayandırılmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN