Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

Azərbaycan öz milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər kimi təsbit edib. Hər bir xalqın yaratdığı dövlətin qüdrəti onun milli iradəsini nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu çərçivədə öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır.

Məhz belə bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün strateji seçimini edib. Müstəqil Respublikamızın müdrik rəhbərinin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli konstinısiyası çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açmış, dövlət quruculuğu, iqtisadiyyat və ictimai - siyasi həyatda dinamik inkişafa güclü təkan verib. İlk milli Konstitusiyamızın qəbul edilməsindən 28 il keçir. On iki fəsil, 158 maddədən ibarət olan bu Əsas Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilib. Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə, uzun sürən totalitar sistemdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından - əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə edilməsində iştirak hüquqları və sairədən yararlanmaq imkanı verib.

Hər bir ölkə vətəndaşı öz hüquqlarını bilməli və qanunlarımıza hörmətlə yanaşmağa borcludur.

Ramiz Nurullayev, 

Beyləqan Rayon Məhkəməsinin sədri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN