Qərbdə düşünürlər ki, Ukraynadakı münaqişəni Koreya ssenarisi əsasında bu ölkənin ərazisində NATO hərbi bazaları yerləşdirməklə həll etmək olar.

Jurnalist Enn Applebaum bu barədə “The Atlantic” jurnalında dərc olunan məqaləsində bildirib.

Məqalə müəllifi izah edib ki, Qərb hazırkı döyüş təmas xəttindəki sərhədlərin dondurulmasını, Ukraynanın qalan hissəsinin isə Cənubi Koreya kimi Amerikanın təhlükəsizlik zəmanətləri və hətta ABŞ bazaları ilə qorunmasını istəyir.

Jurnalistin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının “The Economist” jurnalında cəbhədəki dalana dirənişlə bağlı məqaləsi Qərbdə barışıq və atəşkəsin zəruriliyi ilə bağlı söhbətləri təzələyib.

Bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim bildirmişdi ki, ABŞ Ukraynanın NATO-ya qoşulmasında israrlıdır, lakin bunun yalnız alyansın bütün digər üzvlərinin razılaşdığı təqdirdə mümkün olacağını başa düşür.

Dövlət katibi əlavə edib ki, Amerika hökuməti Ukraynanın kollektiv təhlükəsizliyə “töhfə verən NATO üzvü olacağına” zəmanət yaratmağa çalışır.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN