Yaxın Şərqdə münaqişə qızışmağa başlayandan bəri Qəzza zolağında xəstəxanalara, tibb mərkəzlərinə və təcili yardım maşınlarına 250-dən çox, İsraildə isə tibb müəssisələrinə 25 hücum olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən “NBC” məlumat yayıb.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, anklavda "səhiyyə sistemi diz çöküb" və vəziyyət o qədər dəhşətlidir ki, "təsvir etmək mümkün deyil".

"Hazırda Əl-Şifa və Rantisi xəstəxanaları yaxınlığında atışma xəbərləri var", - o, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında əlavə edib.

ÜST rəhbərinin sözlərinə görə, mövcud vəziyyətə baxmayaraq, fələstinli tibb işçiləri “birbaşa atəş xəttində” insanların həyatını xilas edir.

Qebreyesus əlavə edib ki, son 48 saat ərzində İsrailin zərbələri nəticəsində 430 çarpayılıq 4 xəstəxana xidmətdən çıxarılıb. Hazırda Qəzza zolağında 36 xəstəxananın yarısı və ilkin səhiyyə ocaqlarının üçdə ikisi bağlanıb. O əlavə edib ki, hələ də fəaliyyət göstərən qurumlar artıq “öz imkanlarından kənardadırlar”.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN