Noyabrın 30-da Azərbaycan və Ermənistan nümayəndələrinin dövlət sərhədinin demarkasiyası məsələsinə dair görüşü planlaşdırılır.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Facebook-da məlumat verib. Danışıqlar Ermənistan-Azərbaycan sərhədində aparılacaq. Görüşün başqa təfərrüatları barədə məlumat verilməyib.

“Noyabrın 30-da Ermənistan Respublikası və Azərbaycan Respublikasının dövlət sərhədində iki ölkə arasında Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının iclası keçiriləcək”, - deyə Badalyan yazıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, KTMT qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Ermənistanın təhlükəsizliyinin təmin olunmasına kömək edəcək və bu, hazırda Aİ missiyası tərəfindən təmin edilmir. Zaxarova hesab edir ki, İrəvanın KTMT-nin Qarabağdakı münaqişə ilə bağlı situasiyada fəaliyyət göstərməməsi ilə bağlı hazırkı bəyanatları onun yanlış hesablamalarına görə məsuliyyəti beynəlxalq ittifaqın, xüsusən də Rusiyanın üzərinə yükləmək cəhdidir.

Bundan əvvəl Ermənistan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Moskva İrəvanın Minskdə keçiriləcək sammitdə yüksək səviyyədə iştirak etməyəcəyinə təəssüflənir.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN