NATO baş katibinin müavini Mirça Coana Moldovanın Şimali Atlantika Alyansı və Avropa İttifaqında (Aİ) akkreditə olunmuş səfirləri ilə görüşüb. Tərəflər Kişinyovun Avropaya inteqrasiyası çərçivəsində siyasi və praktiki dəstəyi müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “NewsMaker” portalı məlumat yayıb.

“Biz Aİ və NATO-nun ortaq tərəfdaşı olan Moldovaya siyasi və praktiki dəstəyimizi koordinasiya etməyə davam edirik. Biz birlikdə, bir-birimizi tamamlayaraq, ölkənin Avropaya inteqrasiyasını dəstəkləyərək tərəfdaşlığımızı və Moldova cəmiyyətini gücləndirməyə davam edəcəyik. Bu yolla biz Moldova və bütün region üçün daha təhlükəsiz və daha ləyaqətli gələcəyi təmin edə bilərik”, - Coana bildirib.

Xatırladaq ki, NATO baş katibinin müavini Mirça Coana Moldovanın neytral statusunu saxlamaqla Avropa İttifaqına (Aİ) üzv ola biləcəyini bildirmişdi.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb. Aİ-nin ali icra orqanı da Kiyev və Kişinyovun həyata keçirməsi üçün zəruri olan bir sıra şərtlər irəli sürüb. Beləliklə, onlar Ukraynadan korrupsiyaya qarşı mübarizəni davam etdirməyi və milli azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş islahatları, Moldovadan isə məhkəmə sistemində islahatları və “deoliqarxizasiyanı” davam etdirməyi tələb edirlər.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN