Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimi zamanı evin ikinci mərtəbəsindəki döşəməsi çöküb.

Ölən və xəsarət alanlar var.

Hadisədə xəsarət alan 27 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən TEZADLAR.AZ-a bildirilib ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN