Belarus rəhbəri Aleksandr Lukaşenko bildirib ki, KTMT üzvləri arasında yaranan problemlər demarşlarla deyil, danışıqlar yolu ilə həll edilməlidir.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Biz eyni nəticəyə gəldik ki, problemli məsələlər həmişə olub və olacaq. Əgər biz bunları həll etmək niyyətindəyiksə, o zaman danışıqlar masası arxasında həll olunmalı, əsassız demarşlar etməməliyik”.

Noyabrın 23-də Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin başçılarının görüşü keçirilib. Sammitdə Lukaşenkodan başqa, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistanın rəhbəri Emoməli Rəhmon iştirak ediblər. Amma Ermənistanın baş naziri Nikol Paşinyan KTMT iclasında iştirak etməyib.

Sentyabrda mətbuatda Qazaxıstan və Ermənistanın hökumətlər və xüsusi xidmət orqanları vasitəsilə KTMT-dən çıxmaqla bağlı məsləhətləşmələr aparması barədə məlumatlar yayılıb. Paşinyan bundan əvvəl Ermənistanın üzv olduğu xarici təhlükəsizlik strukturlarının səmərəsiz olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bunu Dağlıq Qarabağdakı vəziyyət və Azərbaycanın hücumu nümayiş etdirib.

Oktyabrda Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, KTMT-dən çıxmaq hələ müzakirə olunmur.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN