İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasının direktorunun saxlanmasına münasibət bildirib.

O, tibb müəssisəsinin Fələstinin radikal HƏMAS qruplaşmasının komanda mərkəzi olduğuna dair sübutlar aldıqdan sonra dindirilmək üçün Ümumi Təhlükəsizlik Xidmətinə köçürülüb.

 Bu barədə SAHAL məlumat yayıb

  Qəzza zolağındakı Əl-Şifa xəstəxanasının direktoru tibb müəssisəsinin Fələstinin radikal HƏMAS qruplaşmasınınkomandanlıq mərkəzi olduğuna dair sübutlar aldıqdan sonra saxlanılaraq Ümumi Təhlükəsizlik Xidmətinə (ŞABAK) dindirilmək üçün təhvil verilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (SAHAL) və ŞABAK ordu mətbuat xidmətinin yaydığı birgə bəyanatda deyilir.

 “Qəzza zolağındakı Əl-Şifa xəstəxanasının direktoru, onun birbaşa nəzarəti altında olan Əl-Şifa xəstəxanasının HƏMAS-ın komandanlıq mərkəzi kimi fəaliyyət göstərdiyinə dair sübutlar əldə edildikdən sonra saxlanılıb və sorğu-sual olunmaq üçün ŞABAK-a təhvil verilib”, - deyilir.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

İsrail HƏMAS-ı buna görə cəzalandırmaq istəyir. Və Qəzza zolağı atəş altında saxlanılır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN