Moldova hakimiyyəti ölkədə fövqəladə vəziyyətin müddətini Ukraynadakı münaqişə bitənə qədər uzadacaq.

Tezadlar.az xəbər verir ki, bunu prezident Maia Sandu dəstəkləyən hakim Fəaliyyət və Həmrəylik Partiyasını (FHP) təmsil edən Respublika Parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və İctimai Asayiş Komissiyasının sədri Lilian Karp deyib.

"Ukraynadakı müharibə Moldova Respublikasının milli təhlükəsizliyi üçün birbaşa risk yaradıb. Hər gün təcili həll yollarını tələb edən problemlərlə üzləşirik. Fövqəladə Hallar Komissiyası isə bizə onları götürməyə imkan verən bir vasitədir. Əgər Ukraynada müharibə başa çatarsa, biz fövqəladə vəziyyəti ləğv etməkdən məmnun olarıq", - Karp Moldovanın "Exclusive TV" telekanalının efirində deyib.

Xatırladaq ki, Moldova parlamenti fövqəladə vəziyyət rejimini 2022-ci il fevralın 24-də tətbiq edib, sonra bu müddət bir neçə dəfə uzadılıb - sonuncu dəfə hökumət deputatlara onun daha 30 gün uzadılmasını təklif edib. Bu şərtlər daxilində komissiya parlamentin təsdiqini gözləmədən qərar qəbul edə bilər.

Parlamentdəki müxalifət fövqəladə vəziyyətin uzadılmasına qarşı çıxır və hesab edir ki, bu, Sandu və onun partiyasına qanunları kobud şəkildə pozmağa imkan verir. Bir gün əvvəl parlament sədrinin müavini, müxalif Kommunistlər və Sosialistlər Blokunun nümayəndəsi Vlad Batrinça parlamentin cümə günü keçirilən iclasında ölkədə fövqəladə vəziyyətin dərhal aradan qaldırılması təşəbbüsü ilə çıxış edəcəyini bildirib. O, Telegram kanalında yazıb ki, fövqəladə hallar komissiyasının qəbul etdiyi bir sıra qərarlar nəinki respublika parlamentinin təsdiq etdiyi mandatdan kənara çıxıb, həm də ölkə konstitusiyasını və beynəlxalq hüquq normalarını birbaşa pozur.

"Fövqəladə vəziyyət dövründə qəbul edilən bütün qərarlar yenidən nəzərdən keçiriləcək və təftiş ediləcək. Bunda iştirak edənlərin hamısı cinayət məsuliyyətinə cəlb ediləcək", - Batrinça xəbərdarlıq edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN