Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın təklif etdiyi prinsiplər əsasında Ermənistanla sülh müqaviləsinin bağlanmasına Azərbaycanın cavabı hələ də məlum deyil.

“Əminliklə deyə bilmərik ki, Azərbaycan üç prinsipə sadiqliyini təsdiqləyir, bu məsələlər danışıqlar yolu ilə aydınlaşdırılmalıdır", - o qeyd edib.

Paşinyanın sözlərinə görə, birinci prinsip Ermənistanın ərazisinin 29,8 min kvadrat kilometr, Azərbaycanın ərazisinin isə 86,6 min kvadrat kilometr olması anlayışı ilə Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. İkinci prinsip 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiyasıdır.

Paşinyan həmçinin qeyd edib ki, Azərbaycanla sülhün üçüncü prinsipi odur ki, regional kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsipləri əsasında yenidən açılmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN