Ötən gün, "Georgian Wings" aviaşirkətinin Tbilisi-Bakı reysinin təxirə salınması sərnişinlərin etirazına səbəb olub.

Tezadkar.az 24News.ge- yə istinadla bildirir ki, 24 noyabr saat 13:10-a olan uçuşlar təxirə salınıb. Axşam saatlarınadək Tbilisi Hava Limanında gözləyən sərnişinlər bildirirlər ki, şirkətdən ilk öncə reysin növbəti saata keçirildiyi bildirilib, lakin sonra reys ümumiyyətlə ləğv olunub. Hazırda vətəndaşlar biletə ödənilən məbləği geri ala bilmədiklərini qeyd edirlər.

 "Georgian Wings" şirkətindən xəbər portalına bildirilib ki, noyabrın 24-də nəzərdə tutulan Tbilisi-Bakı reysinin təxirə salınması hava şəraiti ilə əlaqədar baş verib və bu barədə sərnişinlərə məlumat verilib. Şirkətdən o da qeyd olunub ki, biletlərə ödənilən vəsaitlər elektron poçt vasitəsi ilə edilən müraciətlər əsasında geri qaytarılacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN