Berlində minlərlə insan etiraz aksiyası keçirib. Nümayişçilər Ukrayna və Fələstin-İsrail münaqişələrinin diplomatik yolla həllini tələb ediblər.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Bu aksiyanın təşkilatçısı bu yaxınlarda Sol partiyanı tərk edən Sara Vaqenknext olub. Onun açılış nitqi Almaniya hökumətini bu iki münaqişənin qiymətləndirilməsində ikili standartlar tətbiq etməkdə ittiham etmək olub. Siyasətçi İsrail ordusunun Qəzzada amansız bombardmanını da xatırladıb.

Vaqenknext həmçinin Almaniya hakimiyyətini silah istehsalına və ümumiyyətlə orduya xərclədiyinə görə sərt şəkildə tənqid edib. O qeyd edib ki, ölkədə artıq kifayət qədər problemlər var.

“Bu müharibə bitməlidir. Və bu, çox vacibdir - bütün istiqamətlərdə”, - Vaqenknext deyir.

Etiraz edən vətəndaşların əlində “Müharibəyə yox, silahlarınızı yerə qoyun”, “Rusofobiyaya son qoyun” və “Bomba, NATO və müharibələr əvəzinə təhsil” sözləri yazılmış plakatlar olub. Alman bayrağından əlavə, bəziləri Rusiya üçrəngli bayrağını tutublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN