Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Bryansk, Smolensk və Tula vilayətləri üzərində daha dörd Ukrayna PUA-nı məhv edib.

Bununla da bazar günü vurulan dronların sayı 24-ə çatıb.

“Noyabrın 26-da Moskva vaxtı ilə saat 09:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk, Smolensk və Tula vilayətləri üzərində Ukraynanın dörd pilotsuz uçuş aparatını məhv edib”, - deyə bildirilib.

Bazar günü səhər Rusiya Müdafiə Nazirliyi, Mərkəzi Federal Dairənin dörd bölgəsi - Moskva, Tula, Kaluqa və Bryansk vilayətləri ərazisində gecə saatlarında 11 PUA-nın vurulduğunu, daha sonra səhər saatlarında təxminən doqquz pilotsuz təyyarənin vurulduğunu bildirdi.

Tula vilayətində bir gündə dörd pilotsuz uçan aparat məhv edilib, vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb. Pilotsuz təyyarələrdən biri Tulada yaşayış binasına çırpılaraq üç mənzilin şüşələrinə ziyan vurub. Ev sakinlərindən biri yüngül kəsilmiş yara alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN