Ukrayna və İsrail ABŞ-dan yardım almaq üçün insan haqlarına və beynəlxalq hüquqa hörmət etməlidir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Konnektikutdan olan senatoru, demokrat Kris Mörfi CNN-ə müsahibəsində deyib.

“Düşünürəm ki, bu, bizim müttəfiqlərə, xüsusən də müharibə zamanı etdiyimiz yardıma tam uyğundur, Ukraynaya və ya İsrailə verdiyimiz yardımdan insan hüquqları qanunlarına uyğun istifadə edilməli olduğunu söyləməyimiz vacibdir”, - senator bildirib.

Mörfi vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında hərəkətləri qəbuledilməzdir və uzunmüddətli perspektivdə yalnız islamçı HƏMAS qruplaşmasının güclənməsinə səbəb olacaq. Bununla belə, o əlavə edib ki, İsrailin HƏMAS-a qarşı mübarizəsi “mənəvi öhdəlikdir” və girovların azad edilməsi üçün mübarizənin davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Amerika prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatının bütün girovlarının azad edilməsinə dair razılığa gəliblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN