Bu gün İranda yenidən hərbçilərin mərasimində partlayış törədilib.

İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhərinin Golzar Şahadai qəbiristanlığı yolunda partlayış nəticəsində 103 nəfər ölüb, 170 nəfər yaralanıb. Partlayışın  baş verdiyi Kirman əyalətinin rəhbərliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib. 2022-ci ilin sentyabrından İranda baş verən etiraz aksiyalarında İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ilə yanaşı, Qasim Süleymaninin də posterlərini yandırır, büstünü boyayırdılar. Bununla cəmiyyət İranın avtoritetlərinə münasibətlərini nümayiş etdirirdi. Yeri gəlmişkən, bu münasibət yenə də davam etməkdir.

 Tezadlar.az xatırladır ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir. ABŞ hərbçiləri Qaşim Süeymanini zərərsizləşdirdiklərini gizlətmirlər. Onlar bildirib ki, Qüds qolu və komandanı ştatların hərbçilərinin təhlükəsizliyini təhdid edib, həyatları üçün təhlükə yaratdığı üçün Süleymanini öldürüblər.

Bu gün baş verən partlayışlara görə hələki hansısa qruplaşmaların adı çəkilmir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN