Bu gün Cənubi Ukrayna Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyukun verdiyi məlumata görə,

Rusiya Ukraynaya növbəti raket hücumu hazırlayır. Tezadkar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında qeyd edib. Onun sözlərinə görə, ruslar dünən Qara dənizdə “Admiral Makarov” freqatını və “Admiral Essen” freqatını döyüş növbətçiliyinə qoyub: “Yəni, iki freqat döyüş növbətçiliyindədir. Bu, dənizdən gələn son dərəcə yüksək səviyyəli raket təhlükəsidir”, - deyə Qumenyuk bildirib. Onun sözlərinə görə, “Kalibr” raketləri Ukraynanın bütün ərazisinə çata bilən yüksək dəqiqlikli silahlardır və buna görə də ictimaiyyət hava hücumu ilə bağlı xəbərdarlıq siqnallarına diqqət yetirməlidir.

Ukrayna ordusu da əks- hücuma hazırlaşır. Səbəb Rusiya ordusunda döyüşçülərin müharibədən imtina etməsi və ordudan yayınması göstərilir. "Buna görədir ki, Rusiya prezidenti xarici ölkə vətəndaşlarını müharibəyə cəlb etmək üçün son şirnikləndirici variantlardan istifadə edərək fərman veribş onlara dərhal Rusiya vətəndaşlığı vəd edilir..."- CNN yazır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN