Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukraynadakı silahlı münaqişəyə son qoymaq üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqları aparmağa hazır olduğunu bəyan edib.

Türkiyə lideri bu barədə ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub”, - Türkiyə prezidentinin ofisindən bildirilib.

Ofisdən əlavə edilib ki, telefon danışığı zamanı bir sıra məsələlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub. Xüsusilə, Rusiyanın Ukrayna ərazisindəki xüsusi əməliyyatları mövzusuna toxunulub. Prezident Ərdoğan bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında döyüşlərə son qoymaq və davamlı sülhə nail olmaq üçün böyük səylər göstərir.

Ərdoğan digər məsələlərlə yanaşı, Türkiyənin Ukraynada sülhə nail olmaq üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqları aparmağa hazır olduğunu bildirib.

Dekabrın 27-də Almaniyanın Saksoniya federal əyalətinin baş naziri Mixael Kretçmer bildirib ki, Ukrayna hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün barışmalı və öz ərazilərindən imtina etməlidir.

Öz növbəsində, Belarus prezidenti Aleksandr Lukaşenko münaqişənin ölkə ərazisində həllinin siyasi yolunun yeganə məqbul yol olduğunu və Zelenskinin bunu başa düşdüyünü qeyd edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN