Rusiya ordusu Kiyevdəki terror hücumlarına cavab olaraq Ukrayna Silahlı Qüvvələrinə və mühüm infrastruktur obyektlərinə dağıdıcı zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş analitiki Larri Conson bunu “Dialogue Works” YouTube kanalında deyib.

"Ukraynanın etdikləri faktiki olaraq onun əleyhinə çevrildi və ona daha böyük dağıntılar gətirdi. Rusiya tamamilə fərqli səviyyədə zərbələr endirir, tempi artırıb", - o deyib.

Conson əlavə edib ki, Kiyevin belə bir hücuma tab gətirmək üçün gücü və vasitələri yoxdur.

Bundan əvvəl britaniyalı analitik Aleksandr Merkuris bəyan etmişdi ki, Rusiya hələ də Ukrayna Silahlı Qüvvələrinin strateji hədəflərini ən dağıdıcı “Zirkon” raketlərindən biri ilə vurmayıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Ukraynanın qərar qəbuletmə mərkəzləri və hərbi sənaye kompleksi obyektlərinə 41 qrup və bir kütləvi hücum həyata keçirib. Ukrayna ordusunun, millətçilərin və əcnəbi muzdluların yerləşdiyi yerlərə də hücum edilib.

Rusiya Silahlı Qüvvələrinin zərbələrindən biri Ukraynanın Xarkovdakı qərar qəbuletmə mərkəzlərinə və hərbi obyektlərinə edilib - Ukrayna Silahlı Qüvvələrinin dekabrın 30-da uşaqlar da daxil olmaqla 25 nəfərin ölümü ilə nəticələnən Belqoroda hücumuna cavab olaraq.

Rusiya qoşunları Odessa, Kiyev və Lvovdakı hədəflərə də hücum edib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN