ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, İran 34 gün ərzində nüvə bombası yarada bilər.

Tezadlar.az xəbər verir ki, o, bunu Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib. Hadisənin videosunu “The Times” qəzeti YouTube-da dərc edib.

Seçicilərə müraciət edən Tramp hazırkı Amerika administrasiyasının dünyada çətin vəziyyətə gətirib çıxaran uğursuzluqlarına diqqət çəkib. O, Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələri, həmçinin Tayvanla bağlı ABŞ və Çin arasında münasibətlərdə çətinlikləri xatırladıb.

“Bundan əlavə, İran öz nüvə bombasını yaratmaqdan bir neçə addım uzaqdadır. Onlar 34 gün ərzində öz nüvə bombasını yarada bilirlər”, - Tramp əlavə edib.

Xatırladaq ki, bundan əvvəl keçmiş prezident indiki Amerika lideri Co Baydeni İranın və Fələstinin HƏMAS qruplaşmasının Yaxın Şərqdə mövqelərinin güclənməsinə səbəb olan “zəifliyə” görə tənqid etmişdi. Siyasətçinin fikrincə, prezidentlik müddətinin sonunda Tehran “zəiflədi və məhv oldu”, lakin yeni prezident onun uğurlarını neytrallaşdıra bildi.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN