Qazaxıstanda ailə üzvlərinə qarşı aqressiv davranan vətəndaşları müvəqqəti olaraq evlərindən çıxarmaq qərarına gəliblər.

Tezadlar.az bildirir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin inzibati polis komitəsinin rəis müavini Renat Zulxairov brifinqdə məlumat verib.

"Qəsdən sağlamlığa az ağır zərər vurma və döymə cinayətlərinin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Cinayət törətmiş şəxsin davranışına qoyulan xüsusi tələblər çərçivəsində məhkəməyə təcavüzkarı evindən müvəqqəti çıxarmaq hüququ verilir. Eyni zamanda, ondan müvəqqəti olaraq sosial adaptasiya mərkəzlərindəki hərəkətləri barədə düşünməsi xahiş olunur.Məhkəmə həmçinin təcavüzkarı səhiyyə təşkilatlarında məcburi psixokorreksiya kurslarından keçməyi əmr etmək hüququna malik olacaq”, - deyə o, rəsmi sənəddən sitat gətirib.

O da məlum olub ki, respublikanın Daxili İşlər Nazirliyi məişət zorakılığı ilə mübarizə üzrə xüsusi bölmə yaratmaq niyyətindədir.

​ E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN