Xilasedicilər daha 22 nəfərin meyitini tapıblar

Çərşənbə axşamı xilasedicilər Yaponiya dənizi sahillərindəki Noto yarımadasında baş verən silsilə zəlzələlər nəticəsində həlak olan daha 22 nəfərin cəsədini çıxarıblar. Beləliklə, İşikava prefekturasının məlumatlarına görə, qurbanların sayı 202-yə çatıb.

Tezadlar.az xəbər verir ki, bundan əvvəl 180 nəfərin öldüyü bildirilirdi. Ən azı 102 nəfər hələ də itkin düşənlər siyahısındadır, onların yerini təsdiqləmək üçün təcili yardım xidmətləri ilə əlaqə saxlamaq mümkün deyil. Son məlumatlara görə, qurbanların sayı 565 nəfərdir. Zəlzələdən zərər çəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyyə məntəqələrində qalmaqda davam edir.

Fəlakətdən ən çox İşikava prefekturası zərər çəkib: orada ən azı 1370 ev tamamilə və ya qismən dağılıb, yanğınlar isə 300-dən çox binanı məhv edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN