Ukrayna ətrafında münaqişənin həlli üçün vasitəçilik səyləri Türkiyənin 2024-cü ildəki xarici siyasət hədəflərinə daxildir.

Tezadlar.az bildirir ki, “RİA Novosti” bu ölkədəki diplomatik mənbəyə istinadən xəbər verir.

Məlumata görə, Ankara İstanbul danışıqlar prosesinin bərpasını təklif edəcək. Agentliyin həmsöhbəti qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İstanbul sülh danışıqlarının bərpası və Rusiya və Ukrayna liderlərinin görüşü də daxil olmaqla istənilən vasitəçiliyə hazır olduğunu dəfələrlə bəyan edib.

Bundan əlavə, Türkiyə lideri Ukrayna prezidenti Vladimir Zelenski ilə son telefon danışığında Ankaranın hazır olduğunu bir daha təkrar edib.

“Bu siqnallar ilin əvvəlində tərəflərə veriləcək”, - agentliyin həmsöhbəti vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN