Xüsusi əməliyyat zamanı Rusiya bütün döyüş təmas xətti boyunca strateji təşəbbüsü özündə saxlayır, Rusiya qoşun qrupları Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş potensialını metodik olaraq azaldır.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

"Rusiya qoşunlarının qrupları Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialını metodik olaraq azaldır. Son bir il ərzində düşmən itkiləri 215 min nəfəri və 28 min silahını ötüb. Biz bütün döyüş təmas xətti boyunca strateji təşəbbüsü saxlayırıq", - o, Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirilən konfransda bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN