Atalar məsəlidir: "İti öldürənə sürütdürərlər"

Lakin bu dəfə elə olmadı- iti ökdürəni həbs etdilər. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Marneulidə iti dəyənəklə döyərək öldürən şəxs həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata əsasən, sosial şəbəkələrdə heyvanlara qarşı amansız davranışı əks etdirən videogörüntülər yayılıb. Faktla bağlı Daxili İşlər Nazirliyi Mülki Məcəllənin heyvanlara işgəncə vermə, amansız rəftar və ya zorakılığın digər formalarını nəzərdə tutan 259-cu maddəsi ilə araşdırmalara başlayıb.
Qeyd edək ki, sözügedən hadisənin Qaçağan kəndində baş verdiyi bildirilir. Məlumata görə, toyuqlara hücum etdiyinə görə kənd sakini iti cəzalandırmaq üçün bu addımı atıb. Hadisədən sonra vətəndaşlar və heyvan hüquqları müdafiəçiləri Marneuli Polis İdarəsinə gələrək sözügedən şəxsin cəzalandırlmasını tələb ediblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN