Ukrayna Sərhəd Xidmətinin tanınmamış Dnestryanı ilə sərhəddə odlu silahlarla bağlı insidentdən xəbəri yoxdur.

Bu barədə “RBC-Ukrayna” agentliyinə açıqlamasında departamentin nümayəndəsi Andrey Demçenko bildirib.

“Sərhədin Dnestryanı hissəsində hər hansı insidentdən və ya sərhədçilər tərəfindən qeyri-adi vəziyyətlərin aşkarlanmasından xəbərim yoxdur”, - deyə o əlavə edib ki, onun fikrincə, bu, təxribatdır.

Bundan əvvəl Dnestryanı Dövlət Təhlükəsizliyi Nazirliyi Ukrayna ilə sərhəddə odlu silahdan istifadə ilə bağlı insident barədə məlumat vermişdi, bu zaman tanınmamış respublikanın iki vətəndaşı Ukrayna ərazisinə aparılıb. İdarədən verilən məlumata görə, hadisə yanvarın 7-də baş verib. Nazirlik hadisənin başvermə şəraitinin dəqiqləşdirildiyini qeyd edərək təfərrüatları açıqlamayıb.

​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN