D.I. İvanovski adına Virusologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, “Sputnik V” Covid peyvəndinin yaradıcılarından biri, rusiyalı professor Boris Naroditski 82 yaşında Moskvada vəfat edib.

TEZADLAR.AZ xəbər verir ki, bu məlumatı Rusiya mətbuatına N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn verib.

"O, dünən Botkin xəstəxanasında öldü", - deyə bildirib.

Naroditski biologiya elmləri doktoru, 200-dən çox elmi işin müəllifidir, 20-dən çox müəlliflik hüququ şəhadətnaməsi və ixtira patentinə malikdir.

Qeyd edək ki, alimin hansı xəstəlik səbəbindən vəfat etməsi barədə məlumat verilmir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN