Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 12-də Kiyevə səfəri ərəfəsində pilotsuz təyyarələrin ən böyük partiyasını Ukraynaya təhvil verəcəyini vəd edib.

"Bu, xarici dövlət tərəfindən Ukraynaya təhvil verilmiş ən böyük pilotsuz təyyarələr partiyası olacaq", - baş nazir Britaniya hökumətinin açıqlamasında bildirib.

Tezadlar.az xəbər verir ki, pilotsuz təyyarələrin əksəriyyəti Böyük Britaniyada istehsal olunacaq, lakin ölkənin müdafiə departamenti Kiyevə “dronların tədarükünü əhəmiyyətli dərəcədə artırmaq” üçün xarici tərəfdaşları da cəlb edəcək.

Aydınlaşdırılır ki, London növbəti maliyyə ilində Ukraynaya hərbi yardımın həcmini 2,5 milyard funt-sterlinqə çatdırmaq qərarına gəlib ki, bu da əvvəlki iki ildən 200 milyon funt-sterlinq çoxdur. Əlavə vəsait Ukrayna üçün “minlərlə kəşfiyyat, dəniz və uzaq mənzilli pilotsuz təyyarələrin” alınmasına sərf olunacaq.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN