“Ənsar Allah” hərəkatının Ali Şurasının üzvü Məhəmməd Əli əl-Husi ABŞ və Böyük Britaniyanın zərbələrini terror barbarlığı adlandırıb.

Tezadlar.az xəbərverir ki, o, bu barədə sosial şəbəkəsində məlumat yayımlayıb.

Onun fikrincə, koalisiyanın hərəkətləri qəddar psixologiyanı əks etdirən qəsdən və əsassız təcavüzdür.

"ABŞ-Britaniya zərbələri vəhşilik və terrorizmdir", - o deyib.

Siyasətçi əlavə edib ki, ABŞ və Britaniya öz hərəkətləri ilə Qəzza və Yəməndəki münaqişələri bərabər şəkildə idarə edir. O, dünyanın İsraillə Fələstinin HƏMAS hərəkatı arasında qarşıdurmanı dayandırmağa çalışdığı bir vaxtda belə qərarların qəbuledilməz olduğunu vurğulayıb.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənə kütləvi hücuma keçib. Ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub. Böyük Britaniyanın baş naziri Rişi Sunak qeyri-döyüş dəstəyinin Hollandiya, Kanada və Bəhreyn tərəfindən verildiyini açıqlayıb.

“Ənsar Allah” hərəkatının rəhbərliyi buna cavab olaraq bildirib ki, ABŞ və Böyük Britaniyanın zərbəsi Qərbin diqqətini Qəzzədəki vəziyyətdən yayındırmaq cəhdidir. Hərəkat ölkənin nəzarət edilən ərazilərində də səfərbər olmağa başlayıb.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN