Dünən bu barədə məlumat vermişdik...

Belə ki, Yeni il tətili zamanı Türkiyədə yoxa çıxan rusiyalı qadın Nadejda Yarıginanın rəfiqəsi videomüraciət edərək, turistlərdən onun axtarışında kömək istəyib.

Yevgeniya adlı qızın dediyinə görə, rəfiqəsi onunla və qohumları ilə yanvarın 4-dək ünsiyyətdə olub, lakin sonradan əlaqə qəfil kəsilib. Oteldən bildirilib ki, həmin gün Yarıgina dağlara gəzintiyə çıxıb.

"Yanvarın 8-də səhər o, turistlərlə avtobusa gəlmədi, uçuş üçün qeydiyyatdan keçmədi və buna görə də Moskvaya uçmadı və Kirovda deyil. O, haradadır, ona nə olub, hansı vəziyyətdədir, bu gün məlumatımız yoxdur", - Yevgeniya deyib.

Bu gün isə Rusiyanın Antalyadakı Baş Konsulluğu Türkiyədə Kirovdan olan itkin düşən turistin cəsədinin tapılması ilə bağlı məlumatı təsdiqləyib.

“Antalya vilayətinin Kəmər şəhər polisinin nümayəndəsi Rusiyanın Antalyadakı Baş Konsulluğunun əməkdaşı ilə telefon danışığında meşə sahəsində aparılan axtarışlar nəticəsində məlumatı təsdiqləyib. Kəmər şəhərində yanvarın 4-də yoxa çıxan 1983-cü il təvəllüdlü rusiyalı turistin meyiti tapılıb. Onun sözlərinə görə, rusiyalı qadının ölüm şəraiti aydınlaşdırılır, istintaq tədbirləri davam etdirilir. Ətraflı məlumat faciə ilə bağlı Rusiyanın Antalyadakı Baş Konsulluğunun sorğusuna Türkiyə tərəfdən rəsmi cavab verildikdən sonra məlum olacaq”, - diplomatik nümayəndəlikdən bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN