...Belə getsə, Gürcüstanda dövlət səviyyəsində itlərin hüquqlarının müdafiə komitəsi yaradılacaq...

İti öldürdünsə, səni cəza gözləyir. Amma bir məsələ var ki, küçə itləri kimisə dişləyəndə onları cəzalandırmaq üçün qanunvericilikdə heç bir maddə yoxdur... Beləliklə, Gürcüstanda Qori bələdiyyəsinin Rexa kəndində iti silahla vuran şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, kənd sakini iti evdə olan uşağa hücum etdiyi üçün güllələyib. DİN-dən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 259 (heyvanlarla amansız rəftar) maddəsi ilə istintaq başladılıb.

Odur ki, özünüzü itlərdən, itləri də özünüzdən qoruyun...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN