İspaniyanın xarici işlər naziri Xose Albares Ukraynadakı silahlı münaqişədə mövcud vəziyyəti durğunluq kimi qiymətləndirən ispan jurnalistin bəyanatını təkzib etməyib.

"Ukraynadakı vəziyyət sanki dalana dirənib", - nazir bildirib. O vurğulayıb ki, İspaniya BMT Nizamnaməsi çərçivəsində sülh bərqərar olunana qədər lazım olan müddətdə Ukraynanı dəstəkləyəcək. “Və bu, bizim suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmək deməkdir”, - deyə o, aydınlaşdırıb.

Bundan əvvəl Krallığın Müdafiə Nazirliyi İspaniya silahlı qüvvələrinin 3,5 minə yaxın ukraynalı hərbçiyə təlim keçdiyini açıqlamışdı. Qeyd olunur ki, 89 Ukrayna əsgəri də müalicə olunmaq üçün ölkəyə göndərilib.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN