Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş sədri Raisa Lukutsova Moskvada öz mənzilində ölü tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

“Bir gün əvvəl Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş sədri Raisa Lukutsova Novoçeremuşkinskaya küçəsindəki mənzilində ölü tapılıb. İlkin məlumatlara görə, 74 yaşlı qadının ölümü cinayət xarakterli deyil, meyitdə zorakılıq əlamətləri aşkar edilməyib", - agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, Lukutsova son vaxtlar ağır xəstələnib.

Raisa Lukutsova 2006-2021-ci illərdə Rusiya Qırmızı Xaç Təşkilatına rəhbərlik edib. Moskvanın Qaqarinski Rayon Məhkəməsi 2022-ci ildə onu Moskva yaxınlığındakı “Drujba” sanatoriyasını qanunsuz satmağa cəhd etdikdən sonra dələduzluğa cəhd ittihamı ilə 4 il şərti həbs cəzasına məhkum edib.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN