Ukrayna Silahlı Qüvvələrinin (USQ) Bryansk vilayətinin Kurkoviçi kəndini atəşə tutması nəticəsində 4 yaşayış binasına, kənd təsərrüfatı texnikasına və yardımçı tikililərə ziyan dəyib.

Tezadlar.az xəbər verir ki, qubernator Aleksandr Boqomaz özünün Telegram kanalında bildirib ki, kənddə elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Ukraynalı terrorçular Starodub bələdiyyə rayonunun Kurkoviçi kəndini atəşə tutublar. İtki yoxdur. Atışma nəticəsində dörd yaşayış binası, kənd təsərrüfatı texnikası və yardımçı tikililər qismən zədələnib, elektrik enerjisi verilişində fasilələr yaranıb", - deyə o rayon rəhbəri bildirib.

Onun sözlərinə görə, hadisə yerində əməliyyat və fövqəladə hallar xidməti işləyir. "Fövqəladə hallar briqadaları bərpa işlərinə başlayıblar", - qubernator əlavə edib.

​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN