Kreml Rusiya Federasiyası prezidentinin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündən sonra verilən göstərişlər siyahısında məhkum qadınlar üçün amnistiya bəndinin olmamasına münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, sənəd bu gün Kremlin saytında dərc olunub.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, bir sıra kateqoriyalara məhkum edilmiş qadınların amnistiyası məsələsi Rusiya prezidentinin gündəliyindədir. Kreml nümayəndəsi əlavə edib ki, Vladimir Putin artıq lazımi göstərişlər verib və hazırda müvafiq hüquqi formalar hazırlanır.

"Həqiqətən, bu bənd təlimatlar siyahısına daxil edilməyib, çünki indi fərdi üsullar işlənir və müvafiq hüquqi formalar axtarılır", - Peskov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşü zamanı zorakılıqdan kənar cinayətlərə görə məhkum olunmuş bir sıra qadınların amnistiyasına icazə verib.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN