ABŞ Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ı (Husilər) yenidən terror təşkilatları siyahısına salıb.

Bunu jurnalistlər üçün xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, “çoxsaylı xəbərdarlıqlara və diplomatik səylərə baxmayaraq, husilərin hücumları dayanmayıb”. "Bu davam edən və artan hücumlara cavab olaraq... Birləşmiş Ştatlar daha çox husilər kimi tanınan “Ənsar Allah”ı terror təşkilatı kimi tanıyır", - deyə rəsmi bildirib.

"Tədbirlər İranın dəstəklədiyi husilərin Qırmızı dəniz və Ədən körfəzində davam edən hücumları səbəbindən həyata keçirilib. Bu hücumlar terror nümunəsidir, beynəlxalq hüququ pozur, həyat, qlobal ticarət üçün ciddi təhlükə yaradır və humanitar yardımın çatdırılmasını pozur”, - ABŞ administrasiyasının sözçüsü bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar öz hərəkətləri ilə “Husilərə təzyiq göstərməyə” ümid edir və “gərginliyi azaltmaq və onların davranışlarını yaxşılığa doğru dəyişmək” məqsədini güdür. "Husilər hücumları dayandırsalar, siyahıdan çıxarılmağı düşünə bilərik", - deyib.

Administrasiya sözçüsü qərarın “30 gün ərzində qüvvəyə minəcəyini” vurğulayıb. Onun sözlərinə görə, bu, Yəmənin mülki əhalisinin məhdudiyyətlərdən əziyyət çəkməməsi üçün ölkəyə humanitar yardımın çatdırılması mexanizmlərinin yaradılması üçün lazımdır. Xüsusilə, Yəmənə ərzaq, dərman və yanacaq kimi dəniz tədarükü sanksiyalardan çıxarılacaq. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi bu cür daşımalara, limanlar, hava limanları və telekommunikasiya ilə bağlı əməliyyatlara və fiziki şəxslər arasında pul köçürmələrinə icazə verən beş ümumi lisenziya verəcək.

Keçmiş Amerika lideri Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında prezidentlik müddətinin sonunda “Ənsar Allah” hərəkatını terror təşkilatları siyahısına əlavə edib. Həmin ilin fevralında Co Bayden administrasiyası husiləri bu siyahıdan çıxardı. ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında qeyd edildiyi kimi, qərar humanitar səbəblərə görə verilib.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN