Qırğızıstan Respublikasında fəaliyyət göstərən 24.kg xəbər agentliyinin Baş direktoru Asel Otorbayeva və şef redaktoru Mahinur Niyazova DMTK-də sorğu-sualdan çıxıblar.

TEZADLAR.AZ 24.kg-yə istinadən xəbər verir ki, jurnalistlərin vəkili Nurbek Sıdıqovun sözlərinə görə, dindirmə zamanı dəqiqləşdirici suallar verilib və şahidlər də onlara hərtərəfli cavab veriblər.

“24.kg-ın rəhbərlərinin statusu dəyişməyib, onlar da şahiddirlər”, - vəkil qeyd edib.

Xəbər verdiyimiz kimi, DMTK əməkdaşları yanvarın 15-də saat 11.00 radələrində 24.kg-ın redaksiyasına gəliblər. Redaksiyada axtarış aparılıb, informasiya agentliyinin texniki avadanlıqları və əməkdaşlarının şəxsi telefonları götürülüb. Daha sonra Dövlət Milli Təhlükəsizlik Komitəsində müstəntiqlər baş direktor Asel Otorbayevanı, şef redaktorlar Anton Lımar və Mahinur Niyazovanı dindiriblər.

DMTK-dən bildirilib ki, 24.kg-da redaksiyasında aparılmış axtarış QR CM-nin 407-ci “Müharibə təbliğatı” maddəsi ilə başlanmış cinayət işi çərçivəsində aparılıb.

Xatırladaq ki, ötən gün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin rəsmi nümayəndəsi Liz Trossell mediada aparılan axtarışlara, eləcə də Qırğızıstanda jurnalistlərin saxlanması ilə bağlı bəyanat yayıb.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN