Ötən gün “Temirov Live”, “Ayt Ayt Dese”, “PolitKlinika” və “Arça Media”nın saxlanılan əməkdaşları barəsində həbs-qətimkan tədbiri seçilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qırğızıstanın 24.kg xəbər portalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, QR Pervomayski Rayon Məhkəməsinin istintaq hakimi qərar çıxarıb və bütün 11 media nümayəndəsi iki ay müddətinə paytaxtın 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, yanvarın 16-da “Temirov Live”nin ofisində axtarış aparılıb və redaksiya avadanlıqları götürülüb. Polis evlərdə axtarış apararaq nəşrin indiki və keçmiş 11 əməkdaşını saxlayıb.

Qeyd edək ki, saxlanılanlar: Maxabat Tajibek qızı ( “Temirov Live”nin direktoru), Sapar Akunbekov (“Ayt Ayt Dese”), Azamat İşenbekov (akın “Ayt Ayt Dese”,), Saypidin Sultanəliyev (“Arça Media”), Aktilek Kaparov (“Arça Media”), Tınıstan Asıpbekov (“PolitKlinika”), Maksat Tajibek uulu (“Temirov Live”), Joodar Buzumov (Nur Press), Jumabek Turdaliev (“Temirov Live”nin keçmiş layihə meneceri), Ayke Beyşekeeva (“Temirov Live”də  araşdırmaçı jurnalist) və Akıl Orozbekovdur (“Temirov Live”nin operatoru).

QR Daxili İşlər Nazirliyi bildirib ki, “Temirov Live” və “Ayt Ayt Dese” nin sosial şəbəkələrdəki səhifələrindəki məzmunu “Məhkəmə linqvistik ekspertizası”nın nəticələrinə əsasən 2023-cü il dekabrın 30-da Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 278-ci “Kütləvi iğtişaşlara çağırış” maddəsi ilə cinayət işi açılıb.

Məxabat Tajibek qızı və Azamat İşenbekova qarşı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 41-ci (2-ci hissə) və 278-ci (3-cü hissə) - kütləvi iğtişaşların təşkilində iştirak etmə maddələri ilə ittiham irəli sürülüb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN