Yasamal rayon MKS-nin 3№-li kitabxana filialı 158№-li tam orta məktəbdə Qarabağ cəbhəsinin Füzuli rayonunun Horadiz qəsəbəsinin və  bir sıra Arazboyu kəndlərinin erməni işğalından azad edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirdi.

Mərkəzi kitabxanadan "Təzadlar"a verilən məlumata görə, tədbirdə məktəbin müəllimi Vəsilə İbrahimova, kitabxana filialının müdiri Arzu Xudayarova çıxış edərək vurğulayıblar ki, Horadizin düşmən işğalından azad olunması, yenidən qurulması, Ulu Öndər Heydər Əliyevin adı ilə, daha da çiçəklənməsi, tərəqqisi isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. "...1994-cü ilin yanvarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu. Qeyd olundu ki, Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan ordusu bu uğura Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail oldu. Azad edildikdən sonra Ulu Öndərin tapşırığına əsasən Horadizdə böyük canlanma və quruculuq işləri həyata keçirildi. Qısa bir zaman ərzində Horadiz müasir bir şəhərə çevrilib. Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar, inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Şagirdlər hərbi vətənpərvərlik mövzusunda şeirlər söylədilər və mahnılar ifa etdilər".

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN