Bu dəqiqələrdə Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə endirdiyi aviazərbələr nəticəsində 7 nəfər ölüb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə “Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb. Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub. Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb. Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.

Məlumatda o da bildirilir ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: “Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır”. Bundan başqa, “Reuters” agentliyinin məlumatına əsasən, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın hava məkanına daxil olub və terrorçuların sığınacaqlarına zərbələr endirdikdən sonra geri qayıdıb. Amma əməliyyatda neçə qırıcının iştirak etməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, yanvarın 15-16-sına keçən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN