Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqının Ukrayna qoşunlarına silah alınması üçün ildə 5 milyard avro ayırmaq təşəbbüsü köhnə hərbi psixozun təklifidir.

"İl yeni olsa da, hərbi psixoz köhnədir", - “RİA Novosti” onun bəyanatından sitat gətirib.

Nazirin sözlərinə görə, bu ideya yalnız dağıntı gətirəcək, çünki zaman göstərdi ki, münaqişənin döyüş meydanında həlli yoxdur.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Aİ Macarıstanın tətbiq etdiyi vetodan yan keçmək üçün Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım fondu yaratmaq imkanını nəzərdən keçirir. Fond 2024-cü ildən 2027-ci ilə qədər hər il 5 milyard avroya qədər vəsait ayıracaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN