Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Ukrayna Rusiya ilə sülh əldə etmək üçün Donbass və Krımdan imtina etməlidir.

Bu barədə Britaniyanın “The Daily Telegraph” nəşri yanvarın 22-də məlumat yayıb.

Ukraynanın baş naziri ilə görüşdən əvvəl onun Slovakiyadan olan həmkarı qeyd edib ki, əks halda, Kiyev münaqişənin sülh yolu ilə həllinə ümid edə bilməz.

"Onlar nə gözləyirlər ki, ruslar Krımı, Donbass və Luqanskı tərk edəcəklər? Bu qeyri-realdır", - Fiko deyib və güzəştə getməyə çağırıb.

O, həmçinin əlavə edib ki, Ukrayna ən çox korrupsiyalaşmış dövlətlər sırasındadır və Kiyevin hərəkətləri ABŞ tərəfindən idarə olunur. Fiko Şmıqala Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu, Slovakiyanın isə veto qoyacağını söyləmək niyyətindədir. Onun fikrincə, Ukraynanın Şimali Atlantika Alyansı sıralarında olması sadəcə olaraq Üçüncü Dünya Müharibəsi üçün bəhanə olardı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN